Audit və Sertifikatlaşdırma

Search
o2

Audit və sertifikatlaşdırma

ISO sertifikatı təşkilatınızın bir və ya daha çox ISO idarəetmə standartına uyğunluğunu göstərən üçüncü tərəfin sübutdur. Bəzi sahələr üçün sertifikatlaşdırma qanuni və ya müqavilə şərtidir.

 

ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 14001:2015 (Ətraf Mühitin İdarəetmə Sistemi) və ISO 45001:2018 (Peşə Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi) ən tanınmış standartlardır və ölçüsündən, növündən, fəaliyyət sahəsindən, dövlət və ya hökümət idarəsi olmasından asılı olmayaraq bütün təşkilatlara tətbiq oluna bilər.

Xidmətin üstünlükləri

Beynəlxalq səviyyədə tanınmış sertifikat keyfiyyətə, məlumatların qorunmasına, iş sağlamlığı və təhlükəsizliyinə, həmçinin ətraf mühitə olan məsuliyyətinizi göstərmək və gələcəyiniz üçün dəyərli bir sərmayədir. Beynəlxalq standartlara əsaslanaraq yaxşı hazırlanmış və tətbiq edilmiş İdarəetmə Sistemi təşkilatlara tenderi qazanmaq, müştərilərin sayını artırmaq, xərcləri azaltmaq, qəzaların və ətraf mühitə təsirlərin qarşısını almaq imkanını yaradır.

Pulsuz məsləhət alın